İQTİSADİYYAT


Mərkəzi Bank: Hazırda metal pul nişanları dövriyyədədir və onların tədavüldən çıxarılması planlaşdırılmır

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

Hazırda metal pul nişanları dövriyyədədir və onların tədavüldən çıxarılması planlaşdırılmır.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Metal pul nişanlarının məhv edilməsi sistemlərinin satın alınması” ilə bağlı keçirdiyi tender elanı ilə bağlı açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, söhbət dövriyyədən çıxan yararsız metal pul nişanlarından gedir.

“Qeyd edək ki, metal pul nişanları artıq on ildən çoxdur ki dövriyyədədir və bu müddət ərzində təbii olaraq yararsız hala düşmüş qəpiklər Mərkəzi Bank tərəfindən mütəmadi olaraq yeniləri ilə əvəzlənir. Bildiririk ki, satın alınacaq yeni sistemlər məhz dövriyyədə yararsız hala düşərək tədavüldən çıxarılan qəpiklər üçün nəzərdə tutulur. Analoji sistemlər yararsız hala düşmüş və tədavüldən çıxarılmış kağız pul nişanları üçün də mövcuddur,” – deyə Mərkəzi Bankın açıqlamasında bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.