İQTİSADİYYAT


Mərkəzi Bank geniş iqtisadi islahatlar gündəliyi hazırlayıb

Bakı, 30 may, AZƏRTAC

Mərkəzi Bank geniş iqtisadi islahatlar gündəliyi hazırlayıb və yaxın günlərdə Maliyyə Sabitliyi Şurasına təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 30-da Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda deyib.

Qeyd edilib ki, Azərbaycanda banklararası aktiv pul bazarının yaradılması, bunun üçün kredit təşkilatları arasında inam və etimadın gücləndirilməsi, zəmanət mexanizminin tətbiqi, nağdsız hesablaşmaların inkişaf etdirilməsi, bütövlükdə nağdsız cəmiyyətə keçid qarşıya məqsəd kimi qoyulub.

“Bu ilin sonunadək manatın məzənnəsində ciddi dəyişiklik gözləmirik. Məzənnənin möhkəmlənməsi riski zəifləmə riskindən böyükdür və iqtisadi subyektlər arasında çaşqınlıq yaranmasına ehtiyac yoxdur”, - deyə Mərkəzi Bankın sədri bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.