İQTİSADİYYAT


Mərkəzi Bank inkassasiya və təhlükəsizlik avtomobillərinin alınması üçün müqavilə imzalayıb

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən nağd pul və qiymətlilərin daşınmasını təmin etmək məqsədilə 2 ədəd inkassasiya və 2 ədəd təhlükəsizlik avtomobillərinin satın alınması ilə bağlı keçirilmiş açıq tenderin nəticələri açıqlanıb.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, tenderdə təqdim edilmiş təkliflərin qiymətləndirilməsinin nəticələrinə əsasən Tender Komissiyasının qərarı ilə "İnkas Armored" şirkəti açıq tenderin 1-ci bölməsi (inkassasiya avtomobillərinin satın alınması) üzrə, "Eurocom GMBH" şirkəti isə 2-ci bölməsi (təhlükəsizlik avtomobillərin satın alınması) üzrə qalib elan olunub. Qalib şirkətlərlə müvafiq müqavilələr bağlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.