İQTİSADİYYAT


Mərkəzi Bank jurnalistlər üçün “Mərkəzi Bankçılıq və maliyyə savadlılığı” mövzusunda təlim keçirib

Bakı, 16 may, AZƏRTAC

Media institutları ilə peşəkar kommunikasiyanın gücləndirilməsi, o cümlədən jurnalistlərin maliyyə savadlılığı səviyyəsinin yüksəldilməsi məsələlərini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Mərkəzi Bankı media nümayəndələri üçün ixtisaslaşmış təlim proqramının keçirilməsi ənənəsini bu il də davam etdirib.

Mərkəzi Bankdan AZƏRTAC-a verilən məlumata görə, aprelin 10–dan mayın 12-dək Mərkəzi Bank ölkənin aparıcı kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Mərkəzi Bankçılıq və maliyyə savadlılığı” mövzusunda təlim keçirib.

ADA Universitetinin və Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun dəstəyi ilə keçirilən təlimlərdə əsas məqsəd media nümayəndələrinin KİV-də aktual olan və Mərkəzi Bankın missiyası ilə əlaqəli olan müxtəlif iqtisadi mövzulara dair biliklərini zənginləşdirmək, ölkədə aparılan iqtisadi islahatlara və müxtəlif iqtisadi mövzulara dair xəbərlərin ictimaiyyətə daha peşəkar ötürülməsini təmin etməkdən ibarət olub.

İştirakçılara Azərbaycan iqtisadiyyatının inkişaf məsələləri, pul siyasətinin məqsədi və rejimləri, pul siyasətinin əməliyyat çərçivəsi, maliyyə sabitliyi, tədiyə balansı, ödəniş sistemlərinin inkişafı, nağd pul dövriyyəsinin idarə olunması, mərkəzi bankların kommunikasiyası, beynəlxalq iqtisadiyyat və s. mövzulara dair ətraflı məlumatlar verilib.

Mövzuların lazımi səviyyədə çatdırılması üçün seminarlar interaktiv şəkildə aparılıb, jurnalistlərin mövzulara dair sualları cavablandırılıb.

Yekunda təlimdə əhatə olunmuş mövzulara dair qiymətləndirilmə aparılıb və iştirakçılara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.