İQTİSADİYYAT


Mərkəzi Bank tərəfindən maliyyə savadlılığının artırılmasına yönəldilmiş təlim keçiriləcək

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Mərkəzi Bankı beynəlxalq maliyyə təşkilatları və digər dövlət orqanları ilə birgə həyata keçirilən "Maliyyə Savadlılığı" layihəsi çərçivəsində bir sıra bank və maliyyə qurumlarının iştirakı ilə 2015-2016-cı illərdə tələbələr üçün "Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol" adlı müsabiqə xarakterli təlimlər keçirib. Sözügedən təlimə tələbələrin böyük marağını və daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq, bank bu ilin noyabr-dekabr aylarında növbəti təlimlərin keçiriləcəyini elan edir.

Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, təlim 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə tələbələrə Mərkəzi Bank tərəfindən maliyyə sisteminin fəaliyyətinə dair maarifləndirici seminar keçiriləcək. Bu mərhələdə seçilmiş tələbələr ikinci mərhələdə iştirak hüququ qazanacaqlar. İkinci mərhələdə tələbələr "Əmanətlərin Sığortalanması Fondu", "Amrahbank", "Bakı Sığorta", "DəmirBank", "FINCA Azərbaycan", "AccessBank" və "Unibank"da tədris səfərlərində olacaq və müxtəlif seminarlarda iştirak edəcəklər.

Layihəni uğurla başa vurmuş tələbələr adları qeyd olunan qurumlarda təcrübəçi olmaq imkanı qazanacaqlar. Təlimdə III və IV kurs tələbələri iştirak edə bilərlər. Tələbələr qeydiyyat üçün CV-lərini noyabrın 21-i saat 18:00-dək [email protected] ünvanına göndərməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.