İQTİSADİYYAT


Mərkəzi Bank: valyuta ehtiyatlarının həcmi beynəlxalq təcrübədə qəbul edilmiş normaları üstələyib

Bakı, 18 may, AZƏRTAC

Martın 31-nə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 4.433 milyard dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci ilin yanvar-mart ayları üzrə Pul siyasəti icmalında öz əksini tapıb.

Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalını örtmək, milli valyuta ilə pul təklifinə nisbət və s.) üstələyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.