İQTİSADİYYAT


Mərkəzi Bankın qısamüddətli notlarının həcmi 25 milyon manat məbləğində müəyyən edilib

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 26-da Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100453S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 25 milyon manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 4 investor tərəfindən 5 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 53,033,900.00 manat təşkil edib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 25 milyon manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi fevralın 23-dür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.