İQTİSADİYYAT
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 21-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərraca çıxarılan notların həcmi 150 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar iyulun 19-da ödəniləcək.
Mərkəzi Bank qısamüddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən, hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə qatıla bilər. Dəyişikliyə əsasən, hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.
Hərrac zamanı notların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.