CƏMİYYƏT


Mərkəzi Bankın təşəbbüsü ilə “Bu günün qənaəti, sabahın təminatı” adlı yay məktəbi təşkil edilib

A+ A

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə maarifləndirməsi istiqamətində 7-10 yaşlı uşaqlar üçün “Bu günün qənaəti, sabahın təminatı” adlı yay məktəbi təşkil edib.

Bankdan AZƏRTAC-a bildirilib ki, yay məktəbi Beynəlxalq Maliyyə Korporasiyası, Azərbaycan Banklar Assosiasiyası, yerli bank və sığorta şirkətinin maliyyə, həmçinin ticarət müəssisəsinin təşkilati dəstəyi ilə baş tutub. Yay məktəbində 20 uşaq iştirak etmək hüququ qazanıb.

Yay məktəbinin əsas məqsədi uşaqların pulun tarixi, pul nişanları, büdcə anlayışı və şəxsi büdcənin hazırlanması, qənaət və israf, yığım mövzuları üzrə əyləncəli formada maarifləndirilməsi olub. Mövzuların uşaqlara lazımi səviyyədə çatdırılması məqsədilə sessiyalar interaktiv şəkildə aparılıb, maarifləndirici oyunlar və əyani vəsaitlərlə dəstəklənərək şagirdləri maraqlandıran suallar cavablandırılıb. Sessiyaların sonunda sual-cavab formatlı müsabiqə və yarışlar keçirilib.

Yay məktəbində iştirakçılar İçəri Şəhərdəki qədim pul ekspozisiyası və Mərkəzi Bankın xəzinəsinə də ekskursiya ediblər.

Sonda iştirakçılara təlim materialları, müxtəlif hədiyyələr və sertifikatlar təqdim edilib.

Belə tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.