İQTİSADİYYAT


Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 4 milyard 192,5 milyon dollar təşkil edib

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi avqust ayının 31-nə 4 milyard 192,5 milyon ABŞ dolları təşkil edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bu, ayın əvvəli ilə müqayisədə 29,6 milyon dollar çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 3 milyard 122,9 milyon dollar azalma olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.