İQTİSADİYYAT
Mərkəzi Bankının “Bilik mübadiləsi” layihəsi müxtəlif hədəf qruplarını əhatə edir
Mərkəzi Bankın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində kommersiya banklarının əməkdaşları üçün “Bank qanunvericiliyi” mövzusunda növbəti seminar keçirilib. Seminarda bankların hüquq və korporativ idarəetmə departamentlərində çalışan əməkdaşlarının bank hesablarının açılması zamanı qarşılaşa biləcəkləri çətinliklər, korporativ idarəetmə standartlarındakı yeniliklər, problemli kreditlərin idarə edilməsinin hüquqi aspektləri, istehlakçıların hüquqlarının qorunmasına dair qanunvericiliyin tələbləri barədə məlumat verilib.
İnteraktiv formatda keçirilən seminar zamanı iştirakçıların təcrübədə üzləşdiyi çətinliklərə aydınlıq gətirilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.