ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana beynəlxalq mübadilə çərçivəsində xarici ölkələrə kitablar göndərir
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) xarici ölkələrin kitabxanaları ilə beynəlxalq kitab mübadiləsini davam etdirir. Bu ilin noyabrında MEK-in kitabxana-xidmət şöbəsinin fondların formalaşdırılması bölməsi tərəfindən xarici ölkələrin kitabxanalarının müraciətinə əsasən həmin kitabxanalara Azərbaycan ədəbiyyatını, tarixini, incəsənətini və müxtəlif mövzuları əhatə edən kitablar göndərilib.
Böyük Britaniyanın Leytonston Kitabxanasında bu il noyabrın 15-dən Azərbaycan bölməsi açılıb. Böyük Britaniya kitabxanasından edilən müraciətə əsasən Mərkəzi Elmi Kitabxana 10-dan çox adda kitabı Azərbaycan bölməsinə hədiyyə edib. Bundan başqa, Belarus Milli Kitabxanası, Rusiya Dövlət Kitabxanası, Almaniyanın Geoloji Elmlər üzrə Alman Cəmiyyətinin Kitabxanası, Fransanın Mərkəzi Kitabxanası, eləcə də digər xarici ölkələrin elmi mərkəzlərinə kitablar hədiyyə edilib.