ELM VƏ TEXNOLOGİYA


Mərkəzi Elmi Kitabxana ilə Belarus Milli Kitabxanası arasında təcrübə mübadiləsi aparılır

A+ A

Bakı, 12 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları Minskdə, Belarus Milli Kitabxanasında ezamiyyətdə olublar.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi müasir kitabxana-informasiya, rəqəmsallaşdırma, rəqəmsal təhlükəsizlik, kitabxanada mühafizə olunan sənədlərin fiziki, texniki vəziyyətinin bərpası, kitabxana-xidmət sahələrinin təhlükəsizlik sistemi üzrə təcrübə mübadiləsi aparmaqdır.

Belarus Milli Kitabxanası direktorunun müavini Lyudmila Kiruxina MEK-in əməkdaşlarına təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Azərbaycanlı nümayəndələr kitabxananın müxtəlif şöbələrində iş prosesi və sənədlərin restavrasiya texnikasının müxtəlif üsulları ilə, həmçinin burada istifadə olunan ABİS proqramı, rəqəmsallaşdırmanın texniki təchizatının əsas şərtləri, müasir üsulları, standartlara əsaslanmış Belarus təcrübəsi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.