ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada “EBSCO” məlumat bazasının təqdimatı olub
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Elektron resursların işlənməsi” mövzusunda “EBSCO” məlumat bazası xidmətlərinin təqdimatı və bu bazanın elektron resurslarından istifadə qaydalarının öyrənilməsinə həsr olunan tədbir keçirilib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “EBSCO”nun çexiyalı nümayəndəsi İrina Kreyçarova təqdimatla çıxış edib, ABŞ-ın nüfuzlu şirkətlərindən olan “EBSCO”nun tarixindən danışıb. Bildirilib ki, şirkət aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. “EBSCO” təkcə ABŞ-dan və Avropadan deyil, dünyanın müxtəlif yerlərindən nəşrlərin elektron variantlarını oxuculara təqdim edir. Burada materiallar ingilis, fransız, ispan, alman, italyan və digər dillərdə yerləşdirilir.
Tədbirdə region ölkələrdən alim və tədqiqatçıların “EBSCO” ilə əməkdaşlığından da danışılıb.
Sonra İ.Kreyçarova “EBSCO Discovery Service”in texnoloji xüsusiyyətlərini, bazanın axtarış sistemin iş prinsiplərini nümayiş etdirib.