ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanada kitab hədiyyə aksiyası

A+ A

Bakı, 7 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) kitab hədiyyə aksiyası keçirir. MEK yeni ənənənin tətbiqinə başlayaraq hədiyyə olunan kitabların seçimini müəssisələrin öz ixtiyarına verir.

Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, seçim MEK-in saytında yerləşdirilən siyahıdan aparıla bilər. Kitabları əldə etmək istəyən müəssisələr MEK-in direktorunun adına yazılan, nəşrlərin adlarının və sətir nömrələrinin qeyd olunduğu məktubla müraciət etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.