ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxananın əməkdaşlarına kitabxana idarəetmə sisteminə edilən dəyişikliklərlə bağlı təlim keçirilib

Bakı, 21 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşlarına növbəti təlim keçirilib.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, kitabxananın informasiya texnologiyalarının hazırlanması və tətbiqi şöbəsinin proqramçılar bölməsinin rəhbəri Nərmin Xasaylı tərəfindən keçirilən təlimin məqsədi avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminin komplektləşdirmə və kataloqlaşdırma modullarında edilən yeniliklərin işçilərə çatdırılması olub.

Təlim zamanı kitabxananın elektron kataloqunun formalaşdırılması istiqamətində əhəmiyyətli tövsiyələr verilib, əməkdaşların təklif və iradları dinlənilib, mühüm qərarlar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.