ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanaya daha 250 kitab hədiyyə olunub

Bakı, 1 avqust, AZƏRTAC 

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, qonaq səfirliyin adından kitabxanaya 250 kitab hədiyyə edib.

İran Mədəniyyət Mərkəzinin hədiyyə etdiyi kitablar MEK-in akademiklər zalındakı diplomatik guşədə İran səfirliyi üçün ayrılan bölməyə yerləşdirilib.

Kitabxananın direktoru Leyla İmanova bu addımı ölkələrimiz arasında dostluq münasibətlərinin və mədəni əlaqələrin inkişafına töhfə kimi dəyərləndirib, hədiyyə olunan kitablardan bir neçəsinin kitabxananın Milli Rəqəmsal Yaddaş bazasına daxil ediləcəyini söyləyib.

Əhməd Farsi ölkələrarası mədəni-elmi mübadilələrin davamlılığı məqsədilə İran Mədəniyyət Mərkəzinin MEK ilə əməkdaşlığa hər zaman hazır olduğunu söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.