DÜNYA


Mərkəzi Kəşfiyyat İdarəsi soyuq müharibə və UNO barədə sənədləri dərc edib

Bakı, 18 yanvar, AZƏRTAC

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi təxminən 13 milyon səhifədən ibarət müxtəlif sənədlərin toplandığı arxivini dərc edib.

AZƏRTAC xəbər verir ki, CNN telekanalının yaydığı məlumata görə, əvvəllər bu sənədlərə yalnız Merilend ştatında yerləşən Milli Arxivin dörd kompüter terminalında baxmaq mümkün idi.

Mərkəzi Kəşfiyyat İdarəsi məxfilikdən çıxarılmış sənədləri 2017-ci ilin sonlarında internetdə yerləşdirməyi planlaşdırsa da, sonradan prosesi sürətləndirməyi qərara alıb.

Dərc olunmuş sənədlərdə, əsasən Vyetnam müharibəsi, Koreya münaqişəsi və “soyuq müharibə” zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin fəaliyyəti əks olunub. Burada, həmçinin naməlum uçan obyektlərin (UNO) mümkün varlığı və insanların müxtəlif bacarıqları, o cümlədən hadisələri “qabaqcadan görmə” və uzaq məsafədən informasiya toplama qabiliyyətlərinə dair tədqiqatların aparıldığı “Stargate” hərbi layihəsi barədə məlumatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.