CƏMİYYƏT


Mərkəzi Klinika daha bir ilkə imza atıb

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycanda ilk dəfə, Mərkəzi Klinikada qastrointestinal sistemin böyük ölçülü genişəsaslı poliplərindən, o cümlədən xoş və invaziyası olmayan, yeni yaranan bədxassəli şişlərdən heç bir cərrahi müdaxilə etmədən azad olmaq mümkündür. Bu proses endoskopik mukozal rezeksiya və disseksiya vasitəsilə aparılır.

Mərkəzi Klinikadan AZƏRTAC-a bildiriblər ki, klinikanın həkim-qastroenteroloqu Emin Verdiyev tərəfindən aparılan əməliyyat zamanı xəstədə rektumda 1 ədəd 4.5-5 sm-yaxın genişəsaslı polip aşkarlanıb. Daha öncədən polipektomiya olunmuş xəstədə çapıq toxumasının üzərində yenidən daha böyük ölçülü polip əmələ gəlib və sağlam sahələr EMD, çapıq toxuması olan sahələrə isə EMR icra olunmasına qərar verilib. İlk əməliyyat uğurla nəticələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.