Mərkəzi Miçiqan Universitetinə silahlı hücum: azı iki nəfər ölüb
Vaşinqton, 2 mart, AZƏRTAC
Martın 2-də Mərkəzi Miçiqan Universitetinə silahlı hücum olub. Miçiqan polisi Maunt-Plezant şəhərində yerləşən universitetin yataqxanasında baş verən hadisə nəticəsində azı 2 nəfərin öldüyünü bildirir.
AZƏRTAC xəbər verir ki, universitet administrasiyasının “Twitter” səhifəsindəki məlumatına görə, öldürülənlər tələbə deyil və polis insidentin ailə münaqişəsi zəminində baş verdiyini ehtimal edir.
Digər zərərçəkənlər barədə məlumat yoxdur. Hücum edən tapılmayıb. Universitetin kampusu və Maunt Plezant şəhərinin böyük hissəsi polis tərəfindən mühasirəyə alınıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]