ELM VƏ TƏHSİL


Mərkəzi Nəbatat Bağının elmi işçisinin yeni kitabı: "Bağban konspekti"

Bakı, 31 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağının "Ağac və kol bitkiləri laboratoriya"sının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyevin "Bağban konspekti" kitabı çapdan çıxıb.

Nəbatat Bağından AZƏRTAC-a bildirilib ki, kitab landşaft memarlığı sahəsində çalışan mütəxəssislərə, bu sahəyə meyil göstərən gənclərə, bitkilərin becərilməsi ilə məşğul olan bağbanlara lazımi bilgilər vermək, eyni zamanda, illərlə toplanan nəzəri bilik və bacarıqları, təcrübi fəaliyyəti geniş ictimaiyyətlə bölüşmək məqsədilə nəşr edilib.

Kitabın tərtibi zamanı əhalinin müxtəlif təbəqələri tərəfindən 10 ildə verilmiş suallar da nəzərə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.