ELM VƏ TEXNOLOGİYA


Mərkəzi Nəbatat Bağının əməkdaşları Lənkəran zonasında ekspedisiyada olublar

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağının (MNB) əməkdaşları Lənkəran zonasında ekspedisiyada olublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, MNB-in bitkilərin mühafizəsi və monitorinqi laboratoriyasının iş planına uyğun olaraq Lerik zonasında yayılmış adi qaraçöhrə (Taxsus Baccata) meşələrinin tədqiqi məqsədilə çöl işləri aparılıb. Tədqiqatlar zamanı qaraçöhrə ağacından herbari və oduncaq halqa nümunələri, əkmək məqsədilə kiçik zoğlar götürülüb və həmin ərazidə təbii bərpa prosesləri araşdırılıb. Hazırda nümunələr üzərində laborator tədqiqatlar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.