ELM VƏ TƏHSİL


Mərkəzi Nəbatat Bağının gənc əməkdaşı Minskdə beynəlxalq yay məktəbində iştirak edib

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağının Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Seyfullayev Belarusun paytaxtı Minskdə beynəlxalq yay məktəbində iştirak edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Mərakeş, Əlcazair, Tunis, Türkiyə, Liviya, Misir, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan və Rusiyadan olan 25 alim üçün “Horizon-2020” proqramı üçün layihələrin yazılması və təqdim edilməsi qaydaları üzrə təlimlər keçirilib.

Tədbir iştirakçıları qruplar şəklində seçdikləri layihə mövzuları üzərində işləyiblər. Sonra hər qrup öz layihəsini təqdim edib. Layihələr kursda təlimçi kimi iştirak edən beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib və gənclərə layihə yazmaqla bağlı dəyərli tövsiyələr verilib. Həmçinin müxtəlif ölkələrin gənclərinin birgə layihədə işləmək imkanları müzakirə olunaraq ilkin razılıqlar əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.