CƏMİYYƏT


Mərkəzi Neftçilər Xəstəxanasında ilk dəfə yeni metodla böyrək nəqli həyata keçirilib

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri böyrək transplantasiyası sahəsində daha bir yeniliyə imza atıblar.

AZƏRTAC xəbər verir ki, xəstəxanada böyrək transplantasiyası sahəsində ilk dəfə olaraq yeni metodla böyrək nəqli həyata keçirilib. Mərkəzi Neftçilər Xəstəxanasında 5 ilə yaxındır ki, canlıdan-canlıya qaraciyər və 300-dək böyrək transplantasiyası icra olunub. Bütün böyrək əməliyyatları cüzi minimal kəsiklə, qapalı üsulla aparılıb.

Bu gün isə xəstəxananın həkimləri böyrək transplantasiyası əməliyyatını göbək dəliyi vasitəsilə aparıblar. Əməliyyatdan bir gün sonra xəstə evə buraxılıb və hazırda onun vəziyyəti yaxşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.