CƏMİYYƏT
Mərkəzi Neftçilər Xəstəxanasında müayinələr aparılıb
Bakı, 10 may, AZƏRTAC
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Mərkəzi Neftçilər Xəstəxanasında check-up müayinələr təşkil edilib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a xəbər veriblər.
Səhər saatlarından başlayan müayinə tədbirləri üçün ümumilikdə 719 nəfər müraciət edib. Onlardan 135 nəfər kardioloq, 117 nəfər nevropatoloq, 128 terapevt, 78 nəfər oftalmoloq müayinəsindən keçib. Müraciət edənlərin qalan hissəsi mərkəzin endokrinoloq, LOR, uroloq, ginekoloq, revmatoloq, travmatoloq-ortoped, infeksionist, allerqoloq və digər ixtisaslı həkimlərinin müayinəsində olublar. Aparılan müayinələr zamanı 393 nəfər USM, EKQ, EXO, rentgen, EEQ müayinələrindən keçib, 1 xəstə isə stasionara yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]