SİYASƏT


Mərkəzi Seçki Komissiyası Səhiyyə Nazirliyi ilə birgə referendumla əlaqədar seminar-müşavirə keçirib

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi ilə (referendumla) əlaqədar Mərkəzi Seçki Komissiyasının Səhiyyə Nazirliyi ilə birgə seminar-müşavirəsi keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Komissiyanın inzibati binasında baş tutan tədbir səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə referendumun təşkilinə dair məsələlərə həsr olunub.

Seminar-müşavirədə MSK üzvləri, Səhiyyə Nazirliyinin rəsmiləri və MSK Katibliyinin nümayəndəsi tərəfindən səhhəti ilə əlaqədar müvəqqəti məskunlaşma yerlərində olan şəxslərin seçici kimi əhatə dairəsinin müəyyən edilməsi və seçki məntəqələrinin yaradılması, həmin məntəqələrdə səsvermənin təşkili, nəticələrin müəyyən olunması və ictimailəşdirilməsi, seçicilərin Referendum Aktı layihəsi ilə tanış olmaları, seçicilərin səhhəti ilə əlaqədar müalicə müəssisələrində yerləşdirilməsi, müəssisədən müəssisəyə köçürülməsi, çıxarılması, onların qeydiyyatı və siyahılarının tərtib edilməsi qaydaları, habelə səsvermə günü məntəqə seçki komissiyalarının vəzifələri və səsvermə prosedurları barədə məruzələr edilib və təqdimatlar keçirilib.

Tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri, Səhiyyə Nazirliyinin nümayəndələri, MSK Katibliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşları, müvafiq dairə və məntəqə seçki komissiyalarının sədrləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Seminar-müşavirə gündəlikdə nəzərdə tutulduğu kimi, səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə referendumun təşkilinə dair müxtəlif məsələlər ətrafında müzakirələrlə davam edib, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.