SİYASƏT
Mərkəzi Seçki Komissiyası nüfuzlu beynəlxalq təşkilatlarla, eləcə də Avropa Şurası ilə əlaqələrə önəm verir
Bakı, 3 mart, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsi həmməruzəçisinin başçılıq etdiyi nümayəndə heyəti martın 3-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Məzahir Pənahov görüşdən məmnunluğunu bildirərək, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, eləcə də Avropa Şurası ilə əlaqələrə daim önəm verdiyini və gələcəkdə də seçkilər sahəsində qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətində olduğunu söyləyib.
Həmməruzəçi Tadeuş İvinski qarşıdan gələn seçkilərlə bağlı görüləcək işlərlə maraqlanıb.
Qonaqların suallarını cavablandıran Komissiya sədri vətəndaşların seçki hüquqlarının təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.