SİYASƏT


Mərkəzi Seçki Komissiyasında ABŞ-ın Azərbaycandakı səfiri ilə görüş keçirilib

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonağı səmimiyyətlə salamlayan sədr Məzahir Pənahov görüşdən məmnunluğunu bildirib.

ABŞ səfiri Robert Sekuta səmimi qəbula görə təşəkkür edərək rəhbərlik etdiyi qurumun Mərkəzi Seçki Komissiyası ilə sıx əməkdaşlığından məmnunluğunu vurğulayıb, buna görə MSK sədrinə təşəkkürünü bildirib və sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsinə (referenduma) hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb.

Sədr Məzahir Pənahov qeyd edib ki, Mərkəzi Seçki Komissiyası beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır və bu münasibətlər seçki və referendum praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə əhəmiyyətli rol oynayır. Qonağın suallarını cavablandıran MSK sədri Məzahir Pənahov, həmçinin referendumun yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin və demokratik mühitin olduğunu vurğulayaraq, ölkəmizin seçki (referendum) qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri və qarşıdan gələn ümumxalq səsverməsi ilə bağlı vətəndaşların referendumda iştirak hüquqlarının daha səmərəli təmin edilməsi üçün reallaşdırılmış genişmiqyaslı layihələri diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.