SİYASƏT


Mərkəzi Seçki Komissiyasında MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvləri ilə görüş keçirilib

A+ A

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsini (referendumu) müşahidə etmək üçün Azərbaycanda səfərdə olan MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti sentyabrın 25-də Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə keçirilən seçki (referendum) proseslərinin müşahidəsində hər zaman yaxından iştirak edən MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyətini salamlayan sədr Məzahir Pənahov ümumxalq səsverməsi ərəfəsində görüşdən məmnunluğunu bildirib. Sədr, həmçinin qeyd edib ki, rəhbərlik etdiyi Mərkəzi Seçki Komissiyası beynəlxalq təşkilatlarla və onların müxtəlif qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığa hər zaman xüsusi əhəmiyyət verir.

Nümayəndə heyətinin üzvləri ümumxalq səsverməsi (referendum) ilə əlaqədar gerçəkləşdirilmiş layihələr və son hazırlıq işləri ilə maraqlanıblar.

Sədr Məzahir Pənahov reallaşdırılmış genişmiqyaslı layihələr və referendumun azad, ədalətli və şəffaf keçirilməsi üçün atılmış addımlar barədə beynəlxalq müşahidəçiləri ətraflı məlumatlandırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.