Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Mərkəzi Seçki Komissiyasının 17 noyabr, 18 noyabr və 23 noyabr 2015-ci il tarixli, 15 aprel və 16 aprel 2016-cı il tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 17 noyabr, 18 noyabr və 23 noyabr 2015-ci il tarixli, 15 aprel və 16 aprel 2016-cı il tarixli iclaslarının protokolları təsdiq edilsin.

 

Sədr             Məzahir Pənahov

Katib            Arifə Muxtarova

Katib            Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin