SİYASƏT


Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

A+ A

Bakı, 27 avqust, AZƏRTAC

Avqustun 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 20 avqust 2016-cı il tarixli iclasının protokolu təsdiq olunub.

Sonra sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Vətəndaş Cəmiyyəti” və “Bələdiyyə” referendum üzrə təşviqat qruplarının Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu komissiya üzvlərinin təsdiq edilməsi, eləcə də həmin təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin qeydə alınması məsələlərinə baxılıb. Komissiya sözügedən təşviqat qrupları tərəfindən irəli sürülmüş məşvərətçi səs hüquqlu komissiya üzvlərinin təsdiq edilməsi, həmçinin səlahiyyətli nümayəndələrin və vəkil edilmiş şəxslərin qeydə alınması barədə qərar qəbul edib.

Mərkəzi Seçki Komissiyasının iclasında 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Respublika” referendum üzrə təşviqat qrupunun qeydə alınması məsələsinə də baxılıb və maraqlı tərəflərin iştirakı ilə Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müvafiq qərar qəbul olunub.

İclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.