SİYASƏT


Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

Məzahir Pənahovun sədrliyi ilə avqustun 31-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 27 avqust 2016-cı il tarixli iclasının protokolu təsdiq olunub.

Sonra 2016-cı il sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsi ilə (referendumla) əlaqədar ölkə hüdudlarından kənarda səsvermə təşkil edildiyi hallarda seçicilərin dairələr üzrə siyahılara daxil edilməsi məsələsinə baxılıb və müvafiq seçki dairələri müəyyən olunub.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.