SİYASƏT
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Bakı, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın sentyabrın 7-də keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində “exit-poll” keçirmək niyyəti ilə “Rəy” Monitorinq Mərkəzi tərəfindən MSK-ya ünvanlanmış müraciətə baxılıb. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılaraq iclasa çıxarılmış müraciət Komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra “Rəy” Monitorinq Mərkəzinin “exit-poll” keçirmək üçün qeydə alınması barədə qərar qəbul olunub.
İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.