SİYASƏT


Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2016-cı il avqustun 31-də keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası tərəfindən “AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi tərəfindən “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə və “ELS” Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən “exit-poll” keçirilməsi niyyəti ilə MSK-ya ünvanlanmış müraciətlərə baxılıb. Qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılaraq iclasa çıxarılmış müraciətlər Komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra sözügedən təşkilatların “exit-poll” keçirmək üçün qeydə alınması barədə qərar qəbul olunub.

İclasda MSK-nın qərarı ilə 99 saylı Şəmkir kənd seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişikliklər edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.