Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Seçki Komissiyasının sədri referendumun ilkin nəticələrini açıqlayıb

Bakı, 26 sentyabr, AZƏRTAC

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 26-da referendumun ilkin nəticələri ilə bağlı “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, M.Pənahov Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər olunması ilə bağlı ümumxalq səsverməsində seçicilərin fəal iştirak etdiklərini bildirib. Ölkə üzrə bütün məntəqələrdə səsvermə səhər 8-də başlayıb və saat 19-da başa çatıb. MSK qanunla nəzərdə tutulmuş qaydada seçki prosesinin təşkilini təmin edib. Gün ərzində məntəqələrdə səsvermənin gedişi barədə məlumatlar beş dəfə - saat 10-da, 12-də, 15-də, 17-də və 19-da Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi şəbəkəsi üzərindən xüsusi proqram təminatı vasitəsilə birbaşa MSK-ya ötürülərək internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunub.

MSK sədri diqqətə çatdırıb ki, referendum 125 seçki dairəsi üzrə 5627 seçki məntəqəsində keçirilib. Ölkə üzrə qeydə alınmış seçicilərin sayı 5 milyon 276 min 111 nəfər olub. Seçki məntəqələrinə 5 milyon 280 min 924 səsvermə bülleteni paylanılıb. Seçki dairələri dairə seçki komissiyalarının hamısı kompyuterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Məntəqələr gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün ultrabənövşəyi lampalar və s. zəruri materiallarla tam təchiz edilib. Ümumxalq səsverməsi ilə əlaqədar 119 seçki dairəsi üzrə min seçki məntəqəsində onlayn rejimdə işləyən veb-kameralar quraşdırılıb.

Bu dəqiqələrədək seçki məntəqələrinin 70,2 faizindən, yəni 3950-sindən məlumatlar MSK-ya daxil olub. Ümumi fəallıq 69,7 faiz olub. Seçicilərin 3 milyon 671 min 707 nəfəri səsvermədə iştirak edib. Səslərin sayılması, hesablanması və MSK-ya çatdırılması müşahidəçilərin, KİV nümayəndələrinin və bütün maraqlanan tərəflərin iştirakı ilə həyata keçirilib. Ümumilikdə referendum bütün məntəqələrdə Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilib. Referendumun baş tutması üçün seçicilərin 25 faizi iştirak etməli idi. İlkin nəticələrə əsasən, seçicilərin 69,7 faizi iştirak etdiyinə görə referendum baş tutmuş sayılır. Otuz dairə tam şəkildə nəticələrini təsdiq edib.

M.Pənahov vurğulayıb ki, referendum günü səsvermənin gedişini Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla 18 beynəlxalq qurumdan 117 beynəlxalq müşahidəçi izləyib. Bunlar 33 ölkənin vətəndaşlarıdır. Səsvermə prosesinin müşahidəsinə öz təşəbbüsləri ilə və siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, referendum üzrə təşviqat qruplarının təşəbbüsü ilə akkreditasiyadan keçmiş 53 min 531 yerli müşahidəçi qatılıb. Ümumxalq səsverməsinin gedişini kifayət qədər çox sayda həm yerli və həm də xarici KİV nümayəndələri ətraflı işıqlandırıblar.

Mətbuat konfransında diqqətə çatdırılıb ki, səsvermə ümumən sakit şəraitdə keçib, seçicilər özlərinin iradələrini sərbəst şəkildə ifadə ediblər. Məntəqə seçki komissiyaları vəzifələrinin öhdəsindən yüksək səviyyədə gəlib və səsvermə prosesində xoşagəlməz hadisələr baş verməyib. Ümumilikdə, gün ərzində MSK-ya qanun pozuntusu ilə əlaqədar heç bir rəsmi müraciət daxil olmayıb. Amma telefon bağlantıları ilə komissiya üzvlərinə ayrı-ayrı yerlərdə olan proseslər barədə məlumatlar verilib, bəzi hallarda müəyyən məsələlərlə bağlı müsbət və ya mənfi fikirlər ifadə olunub. Hesab edirik ki, artıq sabahdan Mərkəzi Seçki Komissiyasına müraciətlər daxil olacaq və biz bu müraciətlərə baxacağıq.

Mən Azərbaycan ictimaiyyətindən, müşahidəçilərdən və ümumiyyətlə, maraqlananlardan xahiş edirəm ki, əgər hansısa narazılıqları varsa, MSK-ya rəsmi müraciət etsinlər. MSK sentyabrın 27-də tam tərkibdə işləyəcək. Əgər hansısa müraciət daxil olsa, biz onu qanunun tələbinə uyğun surətdə araşdıracağıq.

Gün ərzində bəzi KİV təmsilçiləri bizdən referendumun baş tutması məsələsini soruşurdu. Təbii, bu sual artıq ortadan qalxıb.

Mən Referendum Aktı layihəsinin əsasında hazırlanmış bülletendəki 29 hissənin hər biri üzrə seçicilərin münasibətini diqqətə çatdırmaq istəyirəm. Bir məsələni də vurğulamaq lazımdır, referendumda səsverməyə çıxarılan məsələ seçicilərin 50 faiz+1 səsini toplayırsa, qəbul edilmiş sayılır. Ona görə hesab edirəm ki, lehinə və əleyhinə verilmiş, həmçinin etibarsız hesab olunmuş səslərin sayını diqqətə çatdırmaq kifayətdir. Bir daha bildirmək istəyirəm ki, məntəqələrdən protokollar daxil olduqca, bu rəqəmlər dəyişəcək.

Daxil olan protokollar üzrə ilkin nəticələr aşağıdakı kimidir:

Bülletenin 1-ci hissəsi: lehinə 2 milyon 622 min 406 səs - 84,8 faiz. Əleyhinə 228 min 384 səs - 8,6 faiz. Etibarsız 178 min 640 səs - 6,69 faiz.

2-ci hissə: lehinə 2 milyon 267 min 253 səs - 84,9 faiz. Əleyhinə 225 min 892 səs - 8,5 faiz. Etibarsız 176 min 285 səs - 6,6 faiz.

3-cü hissə: lehinə 2 milyon 269 min 527 səs - 85 faiz. Əleyhinə 224 min 362 səs - 8,4 faiz. Etibarsız 175 min 541 səs - 6,6 faiz.

4-cü hissə: lehinə 2 milyon 277 min 80 səs - 85,3 faiz. Əleyhinə 221 min 425 səs - 8,3 faiz. Etibarsız 170 min 925 səs - 6,4 faiz.

5-ci hissə: lehinə 2 milyon 274 min 594 səs - 85,2 faiz. Əleyhinə 218 min 972 səs - 8,2 faiz. Etibarsız 175 min 864 səs - 6,6 faiz.

6-cı hissə: lehinə 2 milyon 277 min 382 səs - 85,3 faiz. Əleyhinə 222 min 427 səs - 8,3 faiz. Etibarsız 169 min 621 səs - 6,4 faiz.

7-ci hissə: lehinə 2 milyon 329 min 108 səs - 87,3 faiz. Əleyhinə 191 min 894 səs - 7,2 faiz. Etibarsız 148 min 428 səs - 5,6 faiz.

8-ci hissə: lehinə 2 milyon 252 min 803 səs - 84,4 faiz. Əleyhinə 232 min 666 səs - 8,7 faiz. Etibarsız 183 min 961 səs - 6,9 faiz.

9-cu hissə: lehinə 2 milyon 326 min 766 səs - 87,2 faiz. Əleyhinə 192 min 151 səs - 7,2 faiz. Etibarsız 150 min 513 səs - 5,6 faiz.

10-cu hissə: lehinə 2 milyon 332 min 48 səs - 87,4 faiz. Əleyhinə 191 min 976 səs - 7,2 faiz. Etibarsız 145 min 406 səs - 5,5 faiz.

11-ci hissə: lehinə 2 milyon 329 min 987 səs - 87,3 faiz. Əleyhinə 192 min 574 səs - 7,2 faiz. Etibarsız 146 min 869 səs - 5,5 faiz.

12-ci hissə: lehinə 2 milyon 332 min 214 səs - 87,4 faiz. Əleyhinə 191 min 986 səs - 7,2 faiz. Etibarsız 145 min 230 səs - 5,4 faiz.

13-cü hissə: lehinə 2 milyon 298 min 72 səs - 86,1 faiz. Əleyhinə 205 min 674 səs - 7,7 faiz. Etibarsız 165 min 684 səs - 6,2 faiz.

14-cü hissə: lehinə 2 milyon 228 min 62 səs - 83,5 faiz. Əleyhinə 245 min 574 səs - 9,2 faiz. Etibarsız 195 min 794 səs - 7,3 faiz.

15-ci hissə: lehinə 2 milyon 220 min 977 səs - 83,2 faiz. Əleyhinə 249 min 165 səs - 9,3 faiz. Etibarsız 199 min 288 səs - 7,5 faiz.

16-cı hissə: lehinə 2 milyon 330 min 760 səs - 87,3 faiz. Əleyhinə 190 min 755 səs - 7,2 faiz. Etibarsız 147 min 915 səs - 5,5 faiz.

17-ci hissə: lehinə 2 milyon 355 min 658 səs - 88,3 faiz. Əleyhinə 176 min 171 səs - 6,6 faiz. Etibarsız 137 min 601 səs - 5,2 faiz.

18-ci hissə: lehinə 2 milyon 327 min 314 səs - 87,2 faiz. Əleyhinə 192 min 134 səs - 7,2 faiz. Etibarsız 149 min 982 səs - 5,6 faiz.

19-cu hissə: lehinə 2 milyon 333 min 453 səs - 87,4 faiz. Əleyhinə 189 min 790 səs - 7,1 faiz. Etibarsız 146 min 187 səs - 5,5 faiz.

20-ci hissə: lehinə 2 milyon 430 min 9 səs - 91 faiz. Əleyhinə 128 min 258 səs - 4,8 faiz. Etibarsız 111 min 163 səs - 4,2 faiz.

21-ci hissə: lehinə 2 milyon 434 min 319 səs - 91,2 faiz. Əleyhinə 125 min 16 səs - 4,7 faiz. Etibarsız 110 min 95 səs - 4,5 faiz.

22-ci hissə: lehinə 2 milyon 384 min 446 səs - 89,3 faiz. Əleyhinə 153 min 907 səs - 5,8 faiz. Etibarsız 131 min 77 səs - 4,9 faiz.

23-cü hissə: lehinə 2 milyon 243 min 546 səs - 87,8 faiz. Əleyhinə 181 min 414 səs - 6,8 faiz. Etibarsız 144 min 470 səs - 5,4 faiz.

24-cü hissə: lehinə 2 milyon 343 min 995 səs - 87,8 faiz. Əleyhinə 181 min 686 səs - 6,8 faiz. Etibarsız 143 min 749 səs - 5,4 faiz.

25-ci hissə: lehinə 2 milyon 344 min 105 səs - 87,8 faiz. Əleyhinə 181 min 736 səs - 6,8 faiz. Etibarsız 143 min 589 səs - 5,4 faiz.

26-cı hissə: lehinə 2 milyon 347 min 217 səs - 87,9 faiz. Əleyhinə 179 min 910 səs - 6,7 faiz. Etibarsız 142 min 303 səs - 5,3 faiz.

27-ci hissə: lehinə 2 milyon 349 min 362 səs - 88 faiz. Əleyhinə 177 min 640 səs - 6,7 faiz. Etibarsız 142 min 428 səs - 5,3 faiz.

28-ci hissə: lehinə 2 milyon 246 min 343 səs - 84,2 faiz. Əleyhinə 238 min 597 səs - 8,9 faiz. Etibarsız 184 min 490 səs - 6,9 faiz.

29-cu hissə: lehinə 2 milyon 253 min 866 səs - 84,4 faiz. Əleyhinə 235 min 718 səs - 8,8 faiz. Etibarsız 179 min 846 səs - 6,7 faiz.

M.Pənahov deyib: “Hesab edirəm ki, yaxın saatlarda bütün məntəqələrdən daxil olan nəticələr bizim internet səhifəmizdə yerləşdiriləcək. Lehinə verilmiş səslərin kifayət qədər çox olduğunu nəzərə alaraq, deyə bilərəm ki, referenduma çıxarılmış 29 hissənin hamısı Azərbaycan seçiciləri tərəfindən rəğbətlə qarşılanıb və bunların hamısı artıq qəbul olunmuş hesab edilə bilər”.

Protokolların hələ də daxil olduğunu vurğulayan MSK sədri bildirib ki, yəqin nəticələrlə bağlı heç kəsdə şübhə yoxdur. Bir daha təkrar edirəm ki, biz bütövlükdə ilkin nəticələri sentyabrın 27-də günün birinci yarısında rəsmi şəkildə ictimaiyyətə çatdıracağıq. İlkin nəticələr hələ rəsmi nəticələr demək deyil. Lakin Mərkəzi Seçki Komissiyası rəsmi orqan olduğu üçün biz bunu elan edirik. Bir qayda olaraq, indiyə qədər olan seçkilərimizdə ilkin nəticələrlə rəsmi nəticələr arasında müəyyən fərqlər olsa belə, ümumi beynəlxalq praktikada qəbul edilmiş həddi keçmirdi. Hesab edirəm ki, indi də hər hansı bir qeyri-adi hadisə baş verməyəcək.

MSK bundan sonra öz işini daxil olacaq müraciətlərin baxılmasına həsr edəcək. Çünki biz referendumun nəticələrini ümumiləşdirir və elan edirik. Bu prosesi 20 günə başa çatdırmalıyıq. Ümumiyyətlə, nəticələrin dərc olunması ilə birlikdə bu proses 25 günü keçməməlidir.

Məzahir Pənahov bildirib ki, səsvermə çox rahat, sakit keçib, yüksək seçici fəallığı müşahidə edilib. Bütün beynəlxalq və yerli müşahidəçilər seçicilərin fəallığını xüsusi vurğulayıblar. Gün ərzində müşahidəçilərin kütləvi informasiya vasitələrinə verdikləri müsahibələr bir daha təsdiq edir ki, Azərbaycan seçiciləri ümumxalq səsverməsinə çıxarılan Referendum Aktına çox ciddi yanaşıb və səs vermək üçün məntəqələrə axışıblar.

Diqqətə çatdırılıb ki, gün ərzində Mərkəzi Seçki Komissiyasının internet saytına 118 min 158 müraciət olub. Bu, hələ ilkin rəqəmdir.

“Hesab edirəm ki, MSK referendumun hazırlanıb keçirilməsi üçün öz vəzifəsinin öhdəsindən gələ bildi. Aşağı seçki komissiyaları yüksək peşəkarlıq nümayiş etdirdi. Bu, müşahidəçilər tərəfindən də bir qayda olaraq vurğulanıb. Mən bir daha Azərbaycan seçicilərinə, referendumu izləyən yerli və xarici müşahidəçilərə, KİV nümayəndələrinə öz minnətdarlığımı bildirirəm”, - deyə Məzahir Pənahov qeyd edib.

Sonda MSK sədri jurnalistlərin suallarına cavab verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb