DÜNYA


Məsaməli alüminium istehsalının yeni texnologiyası hazırlanıb

Bakı, 20 iyul, AZƏRTAC 

Sankt-Peterburq Politexnik Universitetində suda batmayan alüminium xəlitəsi istehsalının yeni texnologiyası işlənib hazırlanıb. Təkrar əridilmə zamanı maye alüminiuma köpüklənən qaz əlavə edildikdə məsaməli alüminium əldə edilir.

Alimlərin sözlərinə görə, məsaməli materiallar sərtliyi, səs və istilik izolyasiyasını artırma bacarığına malikdir.

AZƏRTAC versiya.info saytına istinadla xəbər verir ki, Sankt-Peterburq Politexnik Universitetinin yüngül materiallar və konstruksiyalar laboratoriyası müdirinin müavini, həmçinin ixtiraçılardan biri Oleq Pançenkonun sözlərinə görə, yüksək məsaməlilik struktur elementlərin sıxlığını azaltmaq üçün istifadə oluna bilər. Mütəxəssislər bildirirlər ki, suda batmamaq xüsusiyyətinə malik struktur elementlərin gəmiqayırmada istifadəsi korpusda baş verə biləcək su axıntısının qarşısını alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.