DÜNYA


Meşə yanğınları səbəbindən Kolorado ştatının 2 min sakini təxliyə olunub

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

ABŞ hökuməti təbii meşə yanğınlarının tüğyan etdiyi Kolorado ştatının Pueblo dairəsindən 1950 sakini təxliyə edib.

AZƏRTAC “Denver” qəzetinə istinadla xəbər verir ki, sakinlərin təxliyəsinə oktyabrın 3-də saat 22:00-dan etibarən başlayıb.

Quru hava şəraitinin və güclü küləklərin təsiri ilə sürətlə yayılan yanğın 1,2 min hektar ərazini cənginə alıb. Təbii fəlakət nəticəsində poçt binası, məktəb və bir neçə yaşayış binası yanaraq kül olub. Yerli hökumət qırmızı təhlükə səviyyəsi elan edib və yanğını söndürmək üçün hava dəstəyi istəyib.

Həyatını itirənlər və xəsarət alanlar barədə hələlik heç bir məlumat verilmir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.