CƏMİYYƏT


Meşə yanğınlarına qarşı mübarizə tədbirlərinə dair fikir mübadiləsi aparılıb

Bakı, 28 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Şəki Şəhər İcra Hakimiyyətində “Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması və yanğınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdə ETSN-in yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyi Yanğın Nəzarəti Xidmətinin və Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon icra hakimiyyətləri orqanlarının və meşə əraziləri ilə həmsərhəd olan bələdiyyələrin, kənd təsərrüfatı idarələrinin nümayəndələri iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə meşələrin ümumi vəziyyəti, yanğınların baş vermə səbəbləri, meşə yanğınlarından yaranan itkilər, habelə meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması barədə məruzələr dinlənilib, elektron təqdimatlar nümayiş etdirilib. Tədbirdə Aidiyyəti qurumların, meşə əraziləri ilə həmsərhəd olan kəndlərin ərazi icra nümayəndələri və bələdiyyə əməkdaşları ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.