REGİONLAR


“Məşədi İbad” Gəncə Dövlət Kukla Teatrının səhnəsində

A+ A

Gəncə, 28 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Dövlət Kukla Teatrında Üzeyir Hacıbəylinin “Məşədi İbad” operettası əsasında eyniadlı tamaşa hazırlanır.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Estoniyada fəaliyyət göstərən “Avşar” Azərbaycan Kukla Teatrının bədii rəhbəri, Əməkdar Artist Rauf Avşarov, rəssamı isə teatrın direktoru Xatirə Avşarovadır.

Tamaşada əsas rolları Əməkdar artistlər Xudayət Əsgərov, Nağəddin Məmmədov və aktrisa Nərmin Şərifova ifa edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.