REGİONLAR


Məşəl kimi yanan ömür…

Samux, 10 may, Rauf Hacıyev, AZƏRTAC

Samux rayonunda Ümummilli Liderin anadan olmasının 94-cü ildönümü “Heydər Əliyev - Məşəl kimi yanan ömür” adlı tədbirlə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri qatılıblar.

Əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzinin qarşısındakı abidəsi ziyarət olunub, önünə əklillər və gül dəstələri düzülüb. Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən “Keçmişdən gələcəyə” adlı əl işləri sərgisinə baxış olub.

Tədbiri açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. Digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzolunmaz xidmətlərini qeyd ediblər.

Sonda Samux şəhər 2 nömrəli orta məktəbin şagirdlərinin hazırladıqları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.