REGİONLAR
Məşğulluğun aktual problemləri müzakirə edilib
Ağdaş, 27 noyabr, AZƏRTAC
Ağdaş Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində işəgötürənlərin iştirakı” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, rayonun 22 idarə, müəssisə və təşkilatından nümayəndələrin iştirak etdikləri toplantıda məşğulluq və işsizlik məsələləri, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi, dövlət məşğulluq siyasətinin həyata keçirilməsində sosial tərəfdaşların hüquq və vəzifələri kimi məsələlər diqqətə çatdırılıb. Qeyd edilib ki, məşğulluq mərkəzi rayon əhalisinin işlə təmin olunmasını, məşğulluq və işsizlik səviyyəsini, iqtisadiyyatın bütün sahələri üzrə bölgüsünü daim diqqət mərkəzində saxlayır.
Tədbirdə işə qəbul, işdən çıxanlar, ştatların ixtisarı, işədüzəltmə, kvota üzrə işədüzəltmə kimi məsələlərə aydınlıq gətirilib, bu sahədə işəgötürənlərin vəzifələri barədə geniş məlumat verilib.