Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Məşhur “John Batchelor Show” radio proqramının növbəti verilişində Azərbaycanın uğurlarından danışılıb

Məşhur “John Batchelor Show” radio proqramının növbəti verilişində Azərbaycanın uğurlarından danışılıb

Beş hissədən ibarət veriliş Bakıda “Araz” radiosunun studiyasından yayımlanıb

Bakı, 18 may, AZƏRTAC

ABŞ-ın məşhur radio aparıcılarından olan Con Batçelorun müəllifi olduğu “John Batchelor Show” radio proqramı çərçivəsində Bakıda “Araz” radiosunun studiyasından Azərbaycanın xarici siyasəti, geosiyasi mövqeyi, iqtisadi inkişafı, ölkəmizdəki multikultural və tolerant mühit, elm-təhsil və qadın siyasəti haqqında beş hissədən ibarət veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, “John Batchelor Show” proqramı dünyanın 100-dən artıq ölkəsində ingilisdilli auditoriyalar tərəfindən dinlənilir. Proqramın bir neçə milyonluq daimi dinləyici auditoriyası var. Veriliş 200-dən artıq radio tərəfindən təkrar yayımlanır.

Azərbaycan haqqında hazırlanmış silsilə verilişlərdə Con Batçelorun tərəfmüqabilləri Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlayn və Corc Taun Universitetinin professoru Brenda Şaffer olublar.

Verilişdə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, CBC televiziya kanalının baş direktoru Azər Xəlilov iştirak ediblər.

Aparıcı Con Batçelor Azərbaycanın tolerant ölkə olduğunu qeyd edərək burada müxtəlif dinlərə mənsub insanların dinc şəraitdə birgəyaşayışını təqdirəlayiq hal kimi yüksək qiymətləndirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev aparıcının bu barədə sualını cavablandıraraq ölkəmizdə tolerantlığın qədim tarixə malik olduğunu söyləyib. Azərbaycanın tarixinə nəzər salan Hikmət Hacıyev ölkəmizin vaxtilə ciddi çətinliklərlə üzləşdiyini, böyük imperiyaların mübarizə meydanı olduğunu və xalqımızın uzun illər bundan çox əziyyət çəkdiyini bildirib. Qeyd edib ki, buna baxmayaraq, müstəqil Azərbaycan bütün çətinliklərin öhdəsindən gəlməyi bacardı, beynəlxalq birliyin bərabərhüquqlu üzvünə, etibarlı tərəfdaşına çevrildi.

XİN rəsmisi Azərbaycanın uğurlu xarici siyasəti barədə də ətraflı məlumat verib. O deyib ki, müstəqilliyini bərpa etdiyi ötən 25 il ərzində Azərbaycan ilk növbədə qonşuları, beynəlxalq ictimaiyyətin digər üzləri ilə mehriban münasibətlər qurub. Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının və digər Avropa təşkilatlarının üzvüdür. Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa mühüm töhfə verir. Bir neçə gün əvvəl Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. İki il əvvəl Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etdi və bu Oyunları Olimpiya Oyunları səviyyəsində keçirdi. Hazırda isə Bakıda İslam Həmrəyliyi Oyunları keçirilir və Azərbaycan dünyaya müsəlman həmrəyliyi mesajını çatdırır. Azərbaycan radikalizmə, islamofobiyaya qarşı mübarizə aparır. Azərbaycanda keçirilən daha mühüm bir idman tədbiri isə Formula-1 yarışlarıdır. Bu yarışlar həm də Azərbaycanın dünyada tanıdılması üçün yaxşı imkandır.

Mətbuat katibi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, ərazimizin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, xalqımıza qarşı etnik təmizləmə siyasətinin aparılması barədə də söhbət açıb.

Müzakirələrə qoşulan CBC telekanalının baş direktoru Azər Xəlilov Azərbaycanın əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət dünyəvi ölkə olduğunu bildirib. O deyib ki, Azərbaycan dünyanın nadir ölkələrindən biridir. Burada çoxlu dildə - ingilis, rus, ərəb, ivrit, Ukrayna, gürcü, fars və s. dillərdə danışan insanlara rast gəlmək mümkündür. Bu da ölkədə artıq həyat tərzinə çevrilmiş tolerantlığın yüksək olmasından xəbər verən amillərdən biridir.

Rəhbərlik etdiyi CBC telekanalının fəaliyyəti barədə məlumat verən A.Xəlilov müxtəlif dillərdə yaydıqları proqramlar vasitəsilə Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırdıqlarını, həm ölkə daxilində, həm də xaricdəki tamaşaçı auditoriyasının gündən-günə artdığını diqqətə çatdırıb.

Azərbaycandakı multikultural mühit barədə sualı cavablandıran millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov deyib: “Azərbaycan dünyanın çox azsaylı ölkələrindən biridir ki, burada multikulturalizm dövlət siyasətidir. Multikulturalizm həm də Azərbaycanda həyat tərzidir. Azərbaycan multikulturalizmi ilə bağlı üç amili qeyd etmək olar. Birincisi tarixi amildir. Azərbaycan tarixən tolerant ölkə olub. Burada müxtəlif dinlərə, millətlərə mənsub insanlar əsrlərdir sülh, harmoniya şəraitində yaşayırlar, bir-biri ilə əməkdaşlıq edirlər. İkincisi coğrafi amildir. Azərbaycan coğrafi baxımdan əlverişli mövqedə yerləşir. Azərbaycan tarixən ticarət yollarının keçdiyi, fərqli sivilizasiyaların qovuşduğu məkandır.

Üçüncü amil isə dövlətin roludur. Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Azərbaycan Prezidenti multikulturalizmə böyük önəm verir. 2014-cü ildə dövlətimizin başçısı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini yaratdı, 2016-cı il Azərbaycanda “Multikulturalizm İli” elan olundu. Azərbaycan dövləti multikulturalizmin təşviqi, inkişafı istiqamətində böyük işlər görür. Multikulturalizm artıq xalqımızın önəmli dəyərinə çevrilib. Bu, insanların gündəlik həyat tərzində özünü büruzə verir”.

Aparıcı Con Batçelor Azərbaycanın İkinci Dünya müharibəsində Qələbənin əldə edilməsinə verdiyi töhfələrə də toxunub. O deyib ki, Qələbənin əldə edilməsində Bakı neftinin müstəsna rolu olub. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin 70 faizdən çoxu Azərbaycanın payına düşürdü. Müharibədə 600 mindən çox azərbaycanlı iştirak edib. Bir sözlə, faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan böyük rol oynayıb. İndi isə XXI əsrdir və Azərbaycan zənginləşib, hər yerdə tikinti-quruculuq işləri gedir.

Aparıcının bununla bağlı sualına Hikmət Hacıyev cavab verib. O deyib ki, Azərbaycan həqiqətən də faşizm üzərində Qələbənin əldə edilməsində və dünyanın faşizmin təhlükələrindən xilas edilməsində həlledici rol oynayıb. Azərbaycanın hazırkı inkişafına gəlincə, ölkəmiz digər postsovet dövlətləri kimi müstəqilliyinin ilk illərində çətinliklərlə, problemlərlə üzləşib. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan özünün enerji resurslarını dünyaya çıxarmaq imkanı əldə etdi. Azərbaycan dövləti bu imkanlardan xalqımızın rifahının yaxşılaşdırılması üçün istifadə etdi. “Əsrin müqaviləsi”nin imzalanması ilə xarici neft şirkətləri Azərbaycanda neft-qaz sektoruna sərmayələr qoymağa başladılar. Lakin Azərbaycanın iqtisadi inkişafı təkcə neft amili ilə məhdudlaşmır. Əldə edilən uğur, ilk növbədə, yaxşı idarəçiliklə bağlıdır. Neftdən gəlirlərin daxil olması əsas deyil, əsas yaxşı və səmərəli idarəçiliklə həmin gəlirlərdən ölkənin inkişafı üçün necə istifadə edilməsidir. Azərbaycan bu gəlirləri həm də təhsilin inkişafına sərf edir. Bu prosesin “qara qızılın insan kapitalına çevrilməsi” adlandırılması təsadüfi deyil. Digər vacib məqamlardan biri də şəffaflıqdir. Azərbaycan neft-qaz sahəsində tam şəffaflıq yaradıb. Bu məqsədlə yaradılmış Dövlət Neft Fondunun gəlirlərindən bu gün strateji məqsədlər, ölkənin inkişafı üçün istifadə olunur. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə neft ixrac edən ölkələrin çətinliklərlə üzləşdiyi bir vaxtda Azərbaycan inkişaf yolu ilə gedir. Bu da məhz qeyd etdiyim yaxşı idarəçiliklə bağlıdır. Biz bu gün qeyri-neft sektorunun inkişafına daha çox diqqət yetiririk. Azərbaycanın qeyri-neft sektoru inkişaf edir və ölkənin tərəqqisinə töhfələr verir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov ölkəmizdə ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən dövlət siyasətindən, əldə edilən nailiyyətlərdən və görüləcək işlərdən danışıb. Bildirib ki, Azərbaycan hökuməti ailələrin rifahını, qadın və uşaqların hüquqlarının qorunmasını daim diqqətdə saxlayır. Azərbaycanda hər bir ailənin rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər görülür.

Veriliş zamanı aparıcı Con Batçelor Azərbaycan haqqında təəssüratlarını bölüşərkən deyib ki, Xəzərin sahilində yerləşən bu ölkə qədim ənənələri, müasirliyi, İslamı, xristianlığı, iudaizmi, tolerantlığı özündə birləşdirir. Məftunedici ölkə olan Azərbaycan digər dövlətlər üçün nümunədir.

Corc Taun Universitetinin professoru Brenda Şaffer Azərbaycanda mövcud olan multikultural, tolerant mühiti yüksək qiymətləndirib. O, ölkəmizdə başqa xalqların, dinlərin nümayəndələrinə göstərilən tolerant münasibətin təqdirəlayiq olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın ərazisinin bir hissəsi işğal edilib, yüz minlərlə insan öz doğma torpaqlarından didərgin düşüb. Amerikalı professor doğma yurdlarından qovulan insanlar arasında onun da tanışlarının olduğunu bildirib, onlarda heç vaxt zorakılıq, nifrət əlamətlərini hiss etmədiyini, onların dilindən heç vaxt terror kəlməsini eşitmədiyini söyləyib. O deyib: “Lakin beynəlxalq ictimaiyyət bunun müqabilində nə edir? Heç nə. Beynəlxalq birliyin bu biganəliyi ədalətsizlikdir”.

“Araz” radiosunun bu maraqlı verilişi Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədrinin müavini Malkolm Honlaynın Azərbaycan haqqında aşağıdakı fikirləri ilə başa çatır: “Hər kəs xəritəyə baxaraq görə bilər ki, Azərbaycan Amerikanın təhlükəsizliyi əsas rol oynayan ölkələrdən biridir. Hər bir ölkəni tənqid etmək olar, amma təəssüf ki, burada gördüyümüz müsbət inkişafdan bir çoxları danışmaq istəmir. Azərbaycana sözdə yox, əməli işdə dəstək verilməlidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq