DÜNYA
Məşhur aktyor Harrison Ford aviaqəzaya düşüb
Bakı, 6 mart, AZƏRTAC
Məşhur ABŞ aktyoru Harrison Fordun idarə etdiyi iki mühərrikli təyyarə Los-Anceles ətrafındakı qolf meydançasına düşərək qəzaya uğrayıb. Qəza zamanı çoxsaylı xəsarətlər alan aktyor xəstəxanaya yerləşdirilib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, qəzaya səbəb kimi təyyarənin mexaniki nasazlığı göstərilir. Təyyarə Santa-Monika hava limanından havaya qalxdıqdan dərhal sonra Harrison Ford mühərrikdəki nasazlıq barədə dispetçerlərə xəbər verərək qəza enişi üçün icazə istəyib.
Hava limanına çatmağa müvəffəq olmayan təyyarənin bir neçə ağaca dəyərək yerə çırpıldığı bildirilir.
Qeyd edək ki, məşhur aktyor 1960-cı ildən etibarən aviasiya ilə maraqlanır və mütəmadi olaraq təyyarə və helikopterlərdə havaya qalxır. Bu artıq onun üzləşdiyi ilk aviasiya qəzası deyil. 1999-cu ilin oktyabr ayında 72 yaşlı aktyorun idarə etdiyi helikopter yerə çırpılmış, keçən ilin yay aylarında isə “Ulduz müharibələri” filminin VII epizodunda o, ayağını sındırmışdı.