DÜNYA


Məşhur britaniyalı aktrisa vəfat edib

London, 27 dekabr, AZƏRTAC

Məşhur britaniyalı aktrisa Liz Smit 95 yaşında vəfat edib.

L.Smit “The Royle Family” və “Vicar of Dibley” kimi məşhur komediya seriallarında rol alıb. Britaniyanın film və televiziya sənətçilərinə verilən məşhur BAFTA mükafatına layiq görülüb.

Onu digər aktrisalardan fərqləndirən cəhət isə L.Smitin təqaüdə çıxma yaşında məşhurlaşmağa başlaması olub. Çəkildiyi ilk serialdan sonra yaş həddinə baxmayaraq, bir çox başqa seriallara da dəvət alıb.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.