DÜNYA


Məşhur britaniyalı aktyor vəfat edib

Bakı, 4 avqust, AZƏRTAC

Məşhur britaniyalı aktyor Robert Hardi 92 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Aktyor həyatının böyük hissəsini teatr və kino yaradıcılığına həsr edib, teleaparıcılıqla məşğul olub.

Hardi "Bütün varlıqlar, böyüklər və kiçiklər" serialında Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçil rolunun ifaçısı kimi tanınırdı.

Bundan başqa, aktyor Harri Potter haqqında, eləcə də “Ağıl və hiss”, “Sibir bərbəri” filmlərində də çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.