MƏDƏNİYYƏT


Məşhur caz ifaçısı Omar Lyefookun nümayiş etdirdiyi vokal imkanları dinləyicilərin zövqünü oxşayıb

A+ A

Bakı, 26 oktyabr, Ceyhun Alışlı, AZƏRTAC

Oktyabrın 26-da Heydər Əliyev Sarayında Böyük Britaniyanın məşhur caz ifaçısı Omar Lyefook konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, konsert proqramı Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində gerçəkləşib.

İfaçının səhnədə nümayiş etdirdiyi vokal imkanları dinləyicilərin zövqünü oxşayıb. O, repertuarında caz musiqisinin pop və klassik musiqi nömrələri ilə yanaşı, həm də sevilən musiqi və kompozisiyalar səsləndirib. Onun səhnədə təqdim etdiyi biri-birindən maraqlı kompozisiyaları olduqca fərqli qabiliyyətini bir daha üzə çıxarıb.

Təqdim olunan musiqi nömrələrində istedadlı ifaçı üslub və ritmlərin mükəmməl sintezini ustalıqla yaradıb.

Müxtəlif janrların sintezindən ibarət universal musiqi üslubunun nümayiş olunduğu konsert proqramı maraqla qarşılanıb.

Qeyd edək ki, O.Lyefook yay mövsümü üçün nəzərdə tutulan “EP, I Want it To Be” adlı kompozisiyası ilə dünyada məşhurdur. Onun vokal harmoniyası hər zaman dinləyici könlünü oxşayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.