İDMAN


Məşhur futbolçunun oğlu PSJ ilə müqavilə imzalayıb

Bakı, 4 iyul, AZƏRTAC

Məşhur futbolçu, 1995-ci ildə “Qızıl top”u qazanmış Corc Veanın oğlu Timati karyerasında ilk peşəkar müqaviləsini imzalayıb.

AZƏRTAC xəbər verir ki, 17 yaşlı forvard 2014-cü ildən PSJ-nın aşağı yaş qrupundan ibarət komandasında çıxış edir.

İlk peşəkar müqaviləsinə qol çəkən Timati Vea 2020-ci ilin yayınadək Paris klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, liberiyalı futbolçu son mövsüm UEFA Gənclər Liqasında meydana çıxdığı 4 oyunda 3 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.