MƏDƏNİYYƏT


Məşhur gənc cazmen Omar Bakıda konsert verəcək

Bakı, 19 avqust, AZƏRTAC

Amerikanın məşhur caz ifaçısı Omar Hakim Bakıda konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC Bakı Caz Festivalının “facebook” səhifəsinə istinadla xəbər verir ki, oktyabrın 26-nə planlaşdırılan konsert Heydər Əliyev Sarayında baş tutacaq.

Bakı Beynəlxalq Caz Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə gənc ifaçı öz repertuarından populyar caz musiqi nömrələri səsləndirməklə yanaşı, dünya caz musiqisinə də müraciət edəcək.

Qeyd edək ki, oktyabrın 22-dən 30-dək Bakıda keçirilməsi nəzərdə tutulan Bakı Beynəlxalq Caz Festivalına dünyanın bir sıra tanınmış caz ifaçıları qatılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.