MƏDƏNİYYƏT


Məşhur gürcü cazmeni “Rotunda Jazz Club”da çıxış edib

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində “Rotunda Jazz Club”da məşhur gürcü trubaduru Levan Kemulariyanın konserti olub.

AZƏRTAC xəbər verir ki, İlya Çavçavadze adına Tbilisidə Dövlət Universitetində dərs deyən Levan Kemulariya dəfələrlə Tbilisi, Qara dəniz və Qafqaz caz festivallarında iştirak edib, tez-tez Gürcüstanın regionlarına qastrol səfərlərinə gedir.

Öz vətənində caz mədəniyyətinin inkişafına böyük töhfə vermiş musiqiçinin “Rotunda Jazz Club”da çıxışı böyük maraqla qarşılanıb. Tədbir dünyanın müxtəlif ölkələrindən olan cazmenlərin iştirak etdiyi cem-seyşn ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.