DÜNYA


Məşhur kinoaktrisanın saçları hərracda satılacaq

A+ A

Bakı, 20 iyul, AZƏRTAC

Amerikalı məşhur kinoaktrisa Merilin Monronun saçları hərracda satılacaq.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, M.Monronun saçının bir hissəsi bu ilin payızında Los-Ancelesdə keçiriləcək hərracda satışa çıxarılacaq. İndiyə qədər Frida Hollun şəxsi kolleksiyasında ultrabənövşəyi şüa buraxmayan xüsusi qutuda saxlanılan saçların başlanğıc qiyməti 6-8 min dollardır.

Frida Holl uzun müddət Merilin Monronun saç ustası olub və bu saçları aktrisa özü ona hədiyyə edib.

Hərracdan əvvəl saç olan qutu "Kuin Meri-2" okean laynerinin göyərtəsində nümayiş olunacaq. Hərracın qalibinə saçların həqiqiliyini təsdiq edən sertifikat da təqdim ediləcək. Hərracda Monronun qiyməti 3-600 min dollar olan bir neçə libası da satışa çıxarılacaq.

Qeyd edək ki, amerikalı kino aktrisası, müğənni və model olan Merilin Monro 1950-1960-cı illərin əvvəllərində ən populyar kino ulduzlarından olub. Karyerasının sonlarına doğru nailiyyətləri daha da artıb. Cəmi 36 il ömür sürmüş Monro 1953-cü ildə çəkildiyi "Niaqara" filmi ilə məşhur olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.